İrlandiya müsəlmanları Qurban bayramı namazını cari həftənin Cümə günü (31 İyul 2020) paytaxt Dublin şəhərinin ən böyük futbol stadionu olan "Croke Park"da qılıblar.
İrlandiyanın müxtəlif siyasi, ictiami və dini şəxsiyyətləri bunu dinlərin tolerant yaşaması və dini birliyin yaradılması üçün atılmış çox önəmli bir addım kimi qiymətləndiriblər.
Bəzi müsəlman dini rəhbərləri bunu koronavirus pandemiyasının bərəkətli cəhətlərindən biri sayıblar.
Mərasimdə müsəlmanlarla yanaşı xristian və yəhudi dini rəhbərləri də iştirak ediblər.
İrlandiyanın ictimai məsələlər və tolerantlıq işləri üzrə naziri Roderic O'Gorman dinlərin və tayfaların çoxluğunu və onların tolerant yaşamasını ölkəni gücləndirən amillərdən hesab edib.
Dublin şəhərinin baş yepiskopu Diarmuid Martin bəyaniyyə yayaraq deyib: Qurban bayramı namazının bütün İrlandiyalılar üçün əhəmiyyətli olan "Croke Park" stadionunda qılınması xüsusi bir mesajdır.
İrlandiya prezidenti də təbrik mesajı ilə müsəlmanların Qurban bayramını təbrik edib və onlar üçün xoş arzular diləyib.
Prezident əlavə edib: Bu bayram İrlandiya tarixində mühüm simvolik bir andır. Bizə xatırladır ki, müxtəlif növ insanların yaşadığı bir cəmiyyətik və siz müsəlmanlar cəmiyyətimizə necə də dəyərli xidmətlər etmisiniz. /3913796